Bu məsələ yaxın günlərdə hökumətdə müzakirəyə cıxarıla bilər
Azərbaycan dövləti Azərbaycan Respublikasında, Türkiyədə, Avropa ölkələrində və Amerikada yaşayan əslən Güney Azərbaycandan olan soydaşlarımıza ikili vətəndaşlıq statusu verə bilər. Etibarlı mənbələrdən "Olaylar"a verilən məlumata görə, bu məsələ yaxın vaxtlarda hökumətdə müzakirəyə çıxarılacaq. Qeyd edək ki, bu məsələ bir necə il bundan əvvəl gündəliyə çıxarılmışdı. Güney azərbaycanlılara ikili vətəndaşlıq statusu verilərsə, onların Azərbaycanda yaşayıb-işləməsi üçün şərait yaradılacaq.
Hiç yorum yok:
Yorum Gönder